🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycanda internetin sürəti necədir? -Açıqlama

10.03.2025 11:25 35 baxış sayı 1 dəq. oxuma
Azərbaycanda internetin sürəti necədir? -Açıqlama

Azərbaycanda internetin sürəti zəif deyil.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədr müavini Ceyhun Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son 3 ildə ölkə üzrə internet sürəti üç dəfə artıb: "Əvvəlki dövrlərlə müqayisə etsəniz, internetin keyfiyyəti ilə bağlı kifayət qədər irəliləyişlər görə bilərsiniz. Ölkədə "Onlayn Azərbaycan" layihəsi çərçivəsində GPON texnologiyalarından istifadə 100 %-ə çatıb. GPON texnologiyası əvvəlki digər texnologiyalardan daha sürətli internet təmin etmək qabiliyyətinə malikdir. Odur ki, Azərbaycanda internetin sürətinin zəif olması fikri ilə razı deyiləm".

O bildirib ki, Azərbaycanda internetin sürətinin Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və ya Şərqi Asiya ölkələri – Koreya, Sinqapur kimi bu sahədə irəli gedən ölkələrdən aşağı olmasının tarixi səbəbləri var. Ancaq o, bu tarixi səbəbləri açıqlamayıb.

Paylaş: