
İnternetin məhdudlaşdırılması aradan qalxır? - Nazirlikdən AÇIQLAMA

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkədə 27 sentyabrdan etibarən mövcud olan hərbi vəziyyətlə əlaqədar olaraq Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsinin məhdudaşdırmışdı.
Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən II Qarabağ müharibəsinin bitməsi haqda bəyanatın imzalanması ölkə üzrə internetin verilməsinin bərpa edilməsi məsələsini gündəmə gətirib.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib ki, bu barədə müvafiq qərardan sonra ictimaiyyətə məlumat veriləcək.
Oxşar xəbərlər

Sabahdan internetlə bağlı məhdudiyyət aradan qaldı...
Son Xeberler

İnternetə qoyulan məhdudiyyət bitdi!
Son Xeberler

Rayonlarda internetin dayandırılması xəbərlərinə
Son Xeberler

İnternetin Atası Yeni Bir Dövrə Qədəm Qoyur
Son Xeberler

Baş ağrısından dərmansız xilas olmağın ən asan yol...
Tibbi məlumatlar

İçərişəhər'ə Giriş Məhdudlaşdırılır!
KIBRIT MEDIA