
Azərbaycanda məşhur iş adamı həbs edildi

Bakıda milyonlar manat vergidən yayınan məşhur şirkətlərin rəhbəri həbs edilib. 1970-ci ildə Ordubad rayonunun Biləv kəndində anadan olmuş İntizam Əjdər oğlu Ağakişiyevin cinayət işinə məhkəmədə baxılıb. O, Cinayət Məcəlləsinin 209.3 və 213.3-cü maddələri ilə təqsirləndirilirdi. Məlumata görə, Ağakişiyev 2016-2020-ci illər ərzində 10.846.626,92 manat məbləğində vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqını dövlət büdcəsinə ödəməkdən yayınıb. O, həm öz adına, həm də tanışlarının adına bir neçə şirkət təsis edərək fəaliyyətlərini idarə edirdi. Bu ciddi maliyyə əməliyyatları nəticəsində dövlətə külli miqdarda ziyan dəymişdi.
Təqsirləndirilən şəxs "Trade A" MMC, "Sumeksport A" MMC, "Perspektiv-A" MMC, "Miraj-85" MMC, "Planet-B" və digər MMC-lərin fəaliyyətlərinə rəhbərlik edirdi. İstintaq müəyyən etdi ki, Ağakişiyev vahid niyyətlə hərəkət edərək, külli miqdar təşkil edən 2.843.096,43 manat məbləğində gömrük ödənişlərini qəsdən ödəməkdən yayınmışdı. Bu yayınma gömrük orqanlarına təqdim edilən bəyannamələrə təhrif olunmuş məlumatların daxil edilməsi yolu ilə həyata keçirilib. İntizam Ağakişiyev məhkəmədə ifadə verərək, rəhbərlik etdiyi şirkətlərin Rusiya Federasiyasından taxta məmulatlarının idxalı və satışı ilə məşğul olduğunu bildirib. O, bəzi MMC-lərin qanuni təmsilçisi olmasa da, onlara faktiki olaraq başçılıq etdiyini təsdiqlədi. İş adamı, rəhbəri olduğu şirkətlərin həmin illərdə ümumilikdə 18 milyon manatdan artıq vergi ödənişi etdiyini də əlavə etmişdi.
İş adamının rəhbərlik etdiyi şirkətlər bu illər ərzində müxtəlif dövlət qurumlarında, o cümlədən Abşeron rayon İcra Hakimiyyəti və Səhiyyə Nazirliyində milyonluq tenderlərin qalibi olub. Məhkəmə prosesinin sonunda Ağakişiyev barəsində Cinayət Məcəlləsinin 213.3-cü maddəsi (Gömrük ödənişlərindən yayınma) üzrə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət hökmü çıxarıldı. Lakin o, Cinayət Məcəlləsinin 209.3-cü maddəsində (Vergi ödəmələrindən yayınma) nəzərdə tutulan əməli törətməkdə təqsirli bilindi. Buna görə də, ona 1 il 10 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.
Əlavə olaraq, məhkəmə MMC-lərin fəaliyyəti üzrə 2.843.096,43 manatın təqsirləndirilən şəxsdən tutularaq Dövlət Gömrük Komitəsinin büdcəsinə köçürülməsi barədə qərar qəbul etdi. Xatırladaq ki, İntizam Ağakişiyev daha əvvəl ictimaiyyətin diqqətində olmuşdu. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun məhkəmə işində zərərçəkmiş qismində adı hallanan şəxslərdən idi.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanda tanınmış iş adamı vəfat etdi -
Son Xeberler

"Əfi" həbs edildi
Bugun.az

XİN-in daha 2 yüksək rütbəli əməkdaşı həbs edildi...
Son Xeberler

Tavuş istiqamətində sərhədi keçən azərbaycanlı həb...
Son Xeberler

SON DƏQİQƏ! Tanınmış iş adamı vəfat etdi
Son Xeberler

Londonda 60 Yaşlı Adamı Metroya Atan Evsiz Adam Öm...
Son Xeberler