🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür

12.08.2025 11:25 1 baxış sayı 1 dəq. oxuma
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür

Bu il iyulun 1-nə dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vaxtı keçmiş kreditləri 298,9 milyon manat təşkil edib.

Metbuat.az Yurd.Media-ya istinadən xəbər verir ki, bu barədə bankın açıqladığı rüblük maliyyə hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən il iyulun 1-i ilə müqayisədə 34,8% çoxdur.

Xatırladaq ki, iyunun sonuna Azərbaycanda 527,4 milyon manat problemli kredit olub ki, bu da 1 il əvvələ nisbətən 16,75% çoxdur. Başqa sözlə, vaxtı keçmiş kreditlərin 56,7%-i dövlət bankının payına düşüb.

Paylaş: