
Mərkəzi Bank problemli kreditlərin həcmini açıqladı

Azərbaycanda problemli kreditlərin həcmi 2021-ci il fevralın 1-nə kimi 900,4 milyon manat olub.
Problemli kreditlərin həcmi bu ilin yanvar ayında 7,3 milyon artıb. Yanvarın 1-nə problemli kreditlərin həcmi 893,1 milyon manat idi.
Rəsmi statistikaya əsasən, 2011-ci ilin əvvəlinə vaxtında qaytarılmayan kreditin məbləği 492,9 milyon manat olub. 2012-ci ilin əvvəlinə məbləğ 633,8 milyon manata, 2013-ci ilin əvvəlinə 748,8 milyon manata, 2014-cü ilin əvvəlinə 792,8 milyon manata qalxıb.
2015-ci ilin əvvəlinə problemli kreditlərin 976,3 milyon manat həddində olduğu açıqlanıb.
2015-ci il fevralın 21-də və dekabrın 21-də baş vermiş iki devalvasiya ilə ABŞ dollarının rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib. Bu, problemli kreditlərin artımına rəvac verib.
2016-cı ilin əvvəlinə 1 milyard 508,5 milyon manat məbləğində problemli kredit qeydə alınıb.
2017-ci ilin əvvəlinin göstəricisi 1 milyard 472,6 milyon manat olub.
2018-ci ilin əvvəlinə ödəniş vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 626,7 milyon manat, 2019-cu ilin əvvəlinə 1 milyard 585 milyon manat göstərilib.
Prezident İlham Əliyevin 28 fevral 2019-cu il fərmanı fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə gecikən borclar üçün devalvasiya kompensasiyaları nəzərdə tutub. Fərmana əsasən, 2015-ci il fevralın 21-nə xarici valyutada olan əsas kredit borcu üzrə 1 ABŞ dollarına 25 qəpik, həmin il dekabrın 21-nə xarici valyutada əsas kredit borcu üzrə 1 ABŞ dollarına 60 qəpik kompensasiya ödənib.
2020-ci ilin əvvəlində ödəniş vaxtı keçmiş kreditlərin 1 milyard 273,1 milyon manat həddində olduğu açıqlanıb.
Oxşar xəbərlər

Mərkəzi Bank Dolların Kursunu Açıqladı
Son Xeberler

Kreditlərin Rəsmiləşdirilməsi üzrə Aparıcı mütəxəs...
Edumap.az Təhsil Portalı

Mərkəzi Bank Şuşada nümayəndəlik açacaq
Son Xeberler

Bu Gecə Bəzi Bank Kartları İşləməyəcək
Bugun.az

Ən baha və ən ucuz kreditlər hansı regionlarda ver...
Bugun.az

Dünya Bankası Azərbaycana 3,9 Milyard Dollar Yardı...
Son Xeberler