🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycanda tanınmış həkim vəfat etdi -FOTO

15.02.2025 14:25 13 baxış sayı 2 dəq. oxuma
Azərbaycanda tanınmış həkim vəfat etdi -FOTO

Tanınmış həkim Qulu Fətullayev vəfat edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə mərhumun tanışları məlumat yayıb.

Qeyd edilib ki, uzun illər Lənkəranda həkim kimi fəaliyyət göstərən Qulu Mirəhməd oğlu Fətullayev 80 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Qulu Fətullayev 11 sentyabr 1944-cü ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. 1961-ci ildə Lənkəran Tibb Texnikumunun feldşerlik fakültəsinə daxil olub və 1964-cü ildə bu məktəbi bitirərək həkimlik peşəsinə başlayıb. Astara rayonunda, Liman şəhərində və doğma Boladi kəndində feldşer kimi fəaliyyət göstərib.

1964-cü ildə Seçenov adına Moskva Dövlət Tibb Universitetinə daxil olub. Lakin atasının səhhətində yaranan problemlər səbəbindən təhsilini davam etdirmək mümkün olmayıb. 1967-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub, universiteti fərqlənmə diplomu ilə bitirib və Lənkərana qayıdıb.

Q.Fətullayev 1976-cı ildən etibarən Lənkəran Ağciyər Xəstəlikləri Xəstəxanasında çalışıb. Burada həkim, şöbə müdiri və ardınca 7 il baş həkim vəzifəsində işləyib. 2010-cu ildən təqaüddə olub.

Paylaş: