
Bugun.az
9 abunə
Azərbaycanın Bəzi Rayonlarında Qar Yağır
26.10.2024 15:25
127 baxış sayı
1 dəq. oxuma

Bu gün, oktyabrın 26-sı, Azərbaycanın bəzi rayonlarında qar yağır.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, Altıağac, Quba, Xaltan, Şamaxı, Şabran, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Yevlaxda yağış yağır.
Qusarın Laza, Xınalıq, Qrız, Şahdağ kimi yüksək ərazilərində isə qar yağışı müşahidə olunur.
Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 16 m/s-dək güclənir.
Hava temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 19, Aran rayonlarında 20, dağlıq rayonlarda 6 dərəcəyədək istidir.
Oxşar xəbərlər

Azərbaycanda qar yağır – FAKTİKİ HAVA
Bugun.az
62
08/12 07:25

Bakıya qar yağır -
Son Xeberler
421
19/01 16:05

Yenidən qar yağır -FAKTİKİ HAVA
Bugun.az
27
22/02 16:25

Şuşaya ilk qar yağır -
Son Xeberler
551
29/11 13:20

Bu ərazilərə güclü qar yağdı
Bugun.az
57
06/01 06:25

Dekabrın 11-nə Azərbaycanın Hava Proqnozu
Bugun.az
208
10/12 17:57