Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bakı-Balakən qatarının qiyməti 96 manatdır? - AÇIQLAMA

22.03.2025 05:25 64 baxış sayı 1 dəq. oxuma Metbuat
Bakı-Balakən qatarının qiyməti 96 manatdır? - AÇIQLAMA

Novruz bayramı ilə əlaqədar Bakı-Balakən qatarına olan tələbat artıb.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, 21 mart günü Bakıdan Balakənə qatarla getmək istəyən bir nəfər üçün SV, yəni biznes sinif biletin qiyməti 96 manat idi.

"Azərbaycan Dəmir Yolları" QSC-dən bildirildi ki, bir nəfər üçün bir istiqamət, Bakı -Balakən istiqaməti üzrə biletlər standart sinif üzrə 24, standart+ üzrə 36 manatdır.

Qurumdan "Xəzər Xəbər"ə bildirilib ki, biznes sinif biletlərə tələbat kifayət qədərdir. Qiymətlər isə elastik qiymət siyasətinə daxildir. Yəni, tarixə və yerə görə dəyişir.

Daha ətraflı videoda:


A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: