🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bakı bulvarında Xocalı soyqırımının ildönümü ilə bağlı fləşmob təşkil edildi

26.02.2025 20:25 7 baxış sayı 1 dəq. oxuma
Bakı bulvarında Xocalı soyqırımının ildönümü ilə bağlı fləşmob təşkil edildi

Azərbaycan Respublikasının Gənclər Fondu, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş "Xocalı 33 il" adlı fləşmob həyata keçirilib.

Metbuat.az Baku TV-yə istinadən xəbər verir ki, fləşmobda 500 nəfər könüllü iştirak edib.

Fləşmobun keçirilməsində əsas məqsəd Xocalı soyqırımının unudulmaması, dünya ictimaiyyətinə soyqırımı həqiqətlərinin çatdırılması və Xocalı qurbanlarının əziz xatirəsinin anılmasıdır.

Fləşmob zamanı könüllülərin iştirakı ilə "Badam çiçəyi" - "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının simvolu canlandırılıb.

Onlar "Xocalıya ədalət!" şüarını səsləndirərək faciənin beynəlxalq səviyyədə tanıdılması və ədalətin bərqərar olunması üçün çağırış ediblər.

Ətraflı süjetdə:


Paylaş: