
Fevralın 26-da ilk dərslər Xocalı soyqırımının ildönümünə həsr olunacaq

Fevralın 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr ediləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, bununla bağlı Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilib.
Tədbirlər Planının təsdiq edilməsi barədə əmrə əsasən, karantin rejiminin tələbləri nəzərə alınmaqla təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş onlayn tədbirlər keçiriləcək. Həmçinin Bakı şəhərində Xocalı faciəsinə dair virtual rəsm müsabiqəsi və sərgilərin təşkil edilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər

Bakı bulvarında Xocalı soyqırımının ildönümü ilə b...
Bugun.az

BANM-də Xocalı soyqırımı qurbanları anıldı
Son Xeberler

Sabah ilk dərslər bu mövzulara həsr olunacaq
Son Xeberler

Xocalı soyqırımının aktiv iştirakçısı məhv edilidi
Son Xeberler

Xankəndi, Xocalı və Ağdərədə bayraqlar endirildi -...
Bugun.az

Məktəblərin fevralın 1-də açılmasına hazırlıq işlə...
Son Xeberler