Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bakı-Qəbələ qatarı hər gün işləyəcək - Bu tarixlərdə

17.12.2024 12:25 149 baxış sayı 1 dəq. oxuma Metbuat
Bakı-Qəbələ qatarı hər gün işləyəcək - Bu tarixlərdə

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 30 dekabr - 5 yanvar bayram günlərində 1 yanvar istisna olmaqla hər gün Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri təşkil edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, bu, bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə həyata keçirilir.

“Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”,- deyə məlumatda qeyd edilib.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: