Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bakıda 6 Gün Yol Bağlanışı: Marşrut Dəyişiklikləri

02.11.2024 10:25 190 baxış sayı 2 dəq. oxuma Metbuat
Bakıda 6 Gün Yol Bağlanışı: Marşrut Dəyişiklikləri

COP29 görüşlərinin keçirilməsi ilə əlaqədar olaraq, 4 Noyabr 2024-cü il tarixindən 10 Noyabr 2024-cü il tarixinədək "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (Atletlər kəndi tərəf), Bakı Olimpiya Stadionu və ətraf ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verir ki, bu səbəbdən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə ("Koroğlu" NMM) daxil olan 31 müntəzəm marşrutun son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək. Həmçinin E1 nömrəli marşrutun fəaliyyəti müvəqqəti dayandırılacaq. Marşrutların son dayanacaqları müəyyən edilmiş digər ərazilər üzrə təyin ediləcək.


Marşrutlar üzrə dəyişikliklər:


1 nömrəli marşrut "28 May" metrostansiyası istiqamətində "Koroğlu" NMM-ə daxil olmadan, Heydər Əliyev prospektindəki mövcud dayanacaqda ("Koroğlu" metrostansiyası, Atletlər kəndi tərəf) dayanaraq fəaliyyət göstərəcək.


24 nömrəli marşrut "Nəriman Nərimanov" metrostansiyası istiqamətində Ziya Bünyadov prospektində (Yerüstü piyada keçidi), Qaraçuxur qəsəbəsi istiqamətində isə "Koroğlu" NMM (“Piramida” tərəf) dayanacağa daxil olmaqla fəaliyyət göstərəcək.


93 nömrəli marşrut "Koroğlu" NMM-ə daxil olmadan fəaliyyət göstərəcək.


163, 60 və 13 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Koroğlu" NMM (“Piramida”tərəf) təyin edilib.


184 nömrəli marşrut "Ulduz" metrostansiyası və Suraxanı qəsəbəsi istiqamətində "Koroğlu" metrostansiyasında yerləşən dayanacağa daxil olmadan fəaliyyət göstərəcək.


T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: