
Bakıda burun əməliyyatı faciəyə çevrildi - FOTO

30 yaşlı qadın burun çəpərinin aradan qaldırılması üçün əməliyyat etdirib. Lakin çirk beyninə yayılıb.
Metbuat.az Baku TV-yə istinadən xəbər verir ki, zərərçəkən Nəzrin Mansurovanın ailəsinin iddiasına görə, bu, əməliyyatdan sonra baş verib.
"Sənan Mehdiyev qızımın əməliyyatını edib. Yanvarın 3-ü əməliyyat oldu, 1 gün sonra halı pisləşdi. Koma vəziyyətində xəstəxanaya gətirdik. Qızımın vəziyyəti pisləşən kimi həkimə zəng etdik, dedi ki, bu hal normaldır, düzələcək. Ancaq burun əməliyyatı çox pis fəsadlara səbəb olub. Qızım 3 gündür komadadır, ayılmır. Beyni artıq fəaliyyətini dayandırıb. Həkimlərin verdiyi rəyə görə, əməliyyat zamanı beyni zədələnib", - zərərçəkənin atası Aydın Abışzadə Baku TV-yə açıqlamasında deyib.
Əməliyyatı icra edən həkim Sənan Mehdiyevin yanaşması isə fərqlidir. Onun sözlərinə görə, əməliyyat zamanı heç bir problem olmayıb:
"Xəstə kafi vəziyyətdə palataya yerləşdirilib. Ertəsi gün isə evə yola salınıb. Qeyd edim ki, xəstənin tomoqrafiya nəticələrinə görə, kəllə sümüklərində baş vermiş heç bir travmadan söhbət gedə bilməz".
Ətraflı süjetdə:
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

480 min əhalisi olan Yaşıl Burun tarixində ilk dəf...
Son Xeberler

Xalq artistinin qızı plastik əməliyyatdan sonra -
Şou Xəbər

"Şeytana aldanıb botoks etdim"
Şou Xəbər

Nəzrinin dəfnindən görüntülər - FOTO
Bugun.az
Burun əməliyyatından sonra xəstənin ölümündə təqsi...
Azəri Xəbər

İzmirdə iki nəfərin elektrik vurması nəticəsində ö...
Son Xeberler


