
Bakıda qəzada ölən tanınmış müğənni imiş - FOTO

Dövlət Bayrağı Meydanı yaxınlığında ağır yol qəzası baş verib. Hadisə nəticəsində bir nəfər həlak olub. Məlumata görə, 2002-ci il təvəllüdlü Mehdizadə Seyfulla Yusif oğlu “Hyundai Elantra” markalı avtomobillə piyadanı vurub.
Həyatını itirən piyada 1988-ci il təvəllüdlü Axundova Vlada Vladislavovnadır. Əldə edilən məlumatlar göstərir ki, qəzada ölən Vlada Axundova tanınmış müğənni imiş.
Müğənni V. Axundova sənət sahəsində tanınan sima idi. O, həmçinin tamaşaçılara "Səs Azərbaycan" yarışmasının iştirakçısı kimi tanınırdı. Bu faciəvi hadisə nəticəsində 36 yaşlı gənc müğənni Vlada Axundova həyatını itirib.
Hazırda qəzanın başvermə səbəbləri və təfərrüatları ilə bağlı araşdırmalar davam edir. Sürücü Mehdizadə Seyfulla Yusif oğlunun dindirilməsi və digər prosessual hərəkətlərin aparılması gözlənilir.
Foto və video sənəti haqqında yazıram. Özüm də fotoqrafiyaya marağım var, bu da işimə kömək edir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Vəfat edən qadın tanınmış həkim imiş - FOTO
Bugun.az

Zoomağazada yanğın: 500-dən çox heyvan öldü
Bugun.az

DƏHŞƏTLİ QƏZA! TIR dərəyə yuvarlandı -
Son Xeberler

Məşhur müğənni çılpaq yemək yeyir
Xəbər Anı

Tanınmış şəxs də qəzaya uğrayan təyyarədə imiş - F...
Bugun.az

Bakıda tanınmış həkim vəfat etdi - FOTO
Bugun.az
 
                                        

