Bakının bu ərazilərində mənzillər kəskin bahalaşdı
Paytaxtın bəzi ərazilərində mənzillər bahalaşıb.
Metbuat.az xəbər verir ki, 100 min manata satılan mənzillər indi 110-115 min manata təklif olunur.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, qiymət artımı əsasən ucuz mənzillərdə qeydə alınır ki, buna da səbəb həmin ərazilərdə olan evlərə tələbin artmasıdır.
Ramil Osmanlı bildirib ki, hazırda ötən aya nisbətən 1-2, ötən ilə nisbətən isə 10-15 faiz qiymət artımı müşahidə olunur. Qiyməti yüksək olan mənzillərdə isə artım aşağı faizlə nəzərə çarpsa da, məbləğ olaraq çoxdur.
Ekspert bildirib ki, qiymət dəyişmələrində əsasən əraziyə, ictimai infrastrukturun, nəqliyyatla təminolunma, sənədləşmə və digər amillər rol oynayır.
Lakin, bununla yanaşı, ümumilikdə daşınmaz əmlak bazarında ötən illə müqayisədə dinamikanın, aparılan əməliyyatların həcminin azalması və bazara müraciətlərin aşağı düşməsi müşahidə olunur.
Data ətraflı Xəzər Xəbərin süjetində:
Oxşar xəbərlər
Bakının bu ərazilərində işıq olmayacaq
Xəbər Anı
Bakının bu ərazisində işıq olmayacaq
Xəbər Anı
Bakıda üfunət iyinə səbəb olan Böyükşor gölü -
Son Xeberler
MİDA Yeni Yaşayış Komplekslərində Mənzillərin Satı...
Son Xeberler
Dekabrın 2-də Bakının bu ərazilərində qaz olmayaca...
Bugun.az
Bakıda kəskin qoxunun yayılması ilə bağlı
Son Xeberler