Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bakının bu yollarında tıxac var - SİYAHI

17.12.2024 05:25 164 baxış sayı 2 dəq. oxuma Metbuat
Bakının bu yollarında tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.

Merbuat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

3. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində;

4. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

5. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

6. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

12. Aeroport şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;

13. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;

14. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində;

15. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: