Baş nazir Əli Əsədov qərar imzaladı
Nazirlər Kabineti sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi qaydalarını təsdiq edib.
Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu qaydalar Rəqabət Məcəlləsinə uyğun hazırlanıb və sazişlərin rəqabət qanunvericiliyinə uyğun olub-olmamasını müəyyən etmək üçün müraciət və qərar prosesini tənzimləyir.
Saziş iştirakçılarından hər hansı biri bağlanılmış sazişin istisna edilməsi üçün rəqabət orqanına könüllü şəkildə yazılı müraciət edə bilər. Sazişin predmeti ilə bağlı iş qaldırıldıqda, saziş iştirakçıları bu barədə bildirişdən sonra 30 gün ərzində müraciət edə bilərlər. Əgər müraciət qaydaların 2.2-ci bəndinin tələblərinə uyğun gəlmirsə, vəsatət rəqabət komissiyasının qərarı ilə qəbul edilir.
Müraciətdə saziş iştirakçıları və onların hüquqi ünvanları, sazişin predmeti, mahiyyəti, texniki və iqtisadi xüsusiyyətləri, davametmə müddəti və tətbiq olunduğu coğrafi ərazi kimi məlumatlar əks olunmalıdır.
Qaydalara əsasən müraciətlərin qiymətləndirilməsi 30 gün ərzində başa çatır. Xüsusi hallar zamanı baxılma müddəti əlavə 30 gün uzadıla bilər. Bu barədə məlumat müraciətçilərə 5 iş günü ərzində verilir.
Oxşar xəbərlər
Daxili Qoşunların Hərbi Qulluqçularının Maaşları A...
Bugun.az
Əli Əsədov Türkiyənin Vitse-prezidentinə Başsağlığ...
Bugun.az
Baş nazir qərar imzaladı: Müavinətin həcmi artırıl...
Son Xeberler
Ədliyyə Nazirliyinin İşçilərinin Maaşları Artırıld...
Bugun.az
Məktəblərdə tədris prosesinin təşkilinin müvəqqəti...
Son Xeberler
Əli Əsədov karantin rejiminin uzadılması ilə bağlı...
Son Xeberler