🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bayramda təcili yardıma edilən müraciətlərin sayı açıqlandı

27.03.2025 14:25 16 baxış sayı 2 dəq. oxuma
Bayramda təcili yardıma edilən müraciətlərin sayı açıqlandı

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Metbuat.az xəbər verir ki, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20.03.2025 - 26.03.2025-ci il tarixlərində 14 370 çağırış daxil olub.

Bu çağırışlardan 1284 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

58 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 15 598 çağırış daxil olub. 1597 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

Daha çox 21 və 22 mart tarixlərində müraciət qeydə alınıb.

Belə ki, 21.03.2025-ci il tarixində müraciət sayı 2159, hospitalizasiya olunanların sayı 191, 22.03.2025-ci il tarixində müraciət sayı 2134, hospital olunanların sayı 199 təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.

Paylaş: