
Bazarlarda bu məhsulun qiyməti kəskin ucuzlaşdı - VİDEO

Balıq bazarında yerli məhsulların qiyməti xeyli ucuzlaşıb.
Metbuat.az xəbər verir ki, satıcıların sözlərinə görə, səbəb xarici balıqlara daha çox tələbatın olmasıdır. Balıq satışı üzrə mütəxəssis İlkin Novruzovun sözlərinə görə, ən çox levrək, çupra, qızılbalığa tələbat var:
"20 ildir bu satışla məşğulam, əvvəllər xarici məhsullara bu qədər tələbat yox idi. Xarici balıqların içərisində ən bahalısı salmondur. Bu balıq növü əvvəllər 30-35 manat idisə, indi qiyməti 40-45 manat arasında dəyişir. Nərə əvvəllər 50-55 manat idisə, hazırda 40-35 manatdır. Foreli əvvəllər 18-20 manata satırdıqsa, indi 14 manata qədər düşüb".
Qeyd edək ki, balıq bazarında piştaxtaları bəzəyən xarici balıq çeşidləri Rusiya, Qazaxıstan, İran, və Türkiyədən idxal edilir.
Ətraflı Baku TV-nin süjetində:
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycan nefti kəskin ucuzlaşdı
melumat.tv

Bitcoinin qiyməti kəskin ucuzlaşdı
Bugun.az

Bu məhsulun qiyməti kəskin dəyişdi
Bugun.az

Qızıl və kriptovalyutaların qiyməti ucuzlaşıb
Azəri Xəbər

Azərbaycanda ət bahalaşdı
Bugun.az

Neft yenə ucuzlaşdı
Son Xeberler


