🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bu dərmanın satışı apteklərdə mövcud deyil

09.04.2025 10:25 23 baxış sayı 1 dəq. oxuma
Bu dərmanın satışı apteklərdə mövcud deyil

Bir çox aptekdə kofein tabletlərinin satışı mövcud deyil.

Metbuat.az bəzi apteklərdən bunun səbəbini soruşub.

Bildirilib ki, artıq 2-3 aydan çoxdur ki, sözügedən dərman vasitəsi apteklərə gətirilmir. Əczaçılar bunu kofein benzoat natrium həblərinin istehsal olunduğu ölkədə qiymətinin artması ilə əlaqələndirib.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən isə Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycana dərman vasitələrinin idxalı özəl şirkətlər tərəfindən həyata keçirilir.

AEM-dən təqdim edilən son iki idxal göstəricilərinə görə, 19 fevral 2024-cü il tarixdə kofein tabletlərinin idxalı üçün müraciət edilib, 3246 blister dərman vasitəsinin idxalına icazə verilib. Sonuncu dəfə isə 15 mart 2024-cü ildə idxal üçün müraciət edilib və 11587 blister dərman vasitəsinin idxalına icazə verilib.

Qeyd edək ki, kofein həbləri xroniki yorğunluq sindromu, qan dövranı pozğunluğu, ürək çatışmazlığı və hipotoniya zamanı istifadə olunur.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: