
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

8 Mart - Beynəlxalq Qadınlar Günüdür.
Metbuat.az xatırladır ki, bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II Beynəlxalq Konfransında təsis olunub.
Mahiyyət etibarilə qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb.
İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü kimi elan edilib.
Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilib. 1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür.
1995-ci ildən isə ölkəmiz qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
Oxşar xəbərlər

Tətildən sonra ilk dərs günü nə vaxtdır?
Bugun.az

İlham Əliyev Beynəlxalq Qadınlar Günü ilə bağlı pa...
Bugun.az

Martda qeyri iş günlərinin sayı
Son Xeberler

Azərbaycanda iş saatları azaldılır - Bu tarixlərdə
Bugun.az

1 aprel qeyri-iş günüdür?
Bugun.az

TƏCİLİ! Operativ Qərərgah yeni qərar qəbul etdi -
Son Xeberler