Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu obyektlərin qarşısında dayanan avtomobil sahibləri cərimələnirlər

23.08.2025 18:25 13 baxış sayı 1 dəq. oxuma Metbuat
Bu obyektlərin qarşısında dayanan avtomobil sahibləri cərimələnirlər

Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Böyükşor küçəsinin kəsişməsində yerləşən obyektlərin qarşısında dayanan avtomobil sahibləri cərimə edilir.

Metbuat.az xəbər verir ki, səki hesab edildiyi üçün hər bir sürücü barəsində 2 bal və 60 manat məbləğində protokol tərtib olunur.

Qeyd olunan ünvanda yerləşən obyekt sahibləri bildirdilər ki, uzun illərdir burada maşın saxlayırdılar və heç bir problem olmurdu. Lakin avqustun 18-i avtomobil sahibləri cərimə olunublar.

Sahibkarlar bu halın satışlara da təsir etdiyini deyirlər.

Sahibkarların üzləşidkləri problemlə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik.

İdarədən “Xəzər Xəbər”ə bildirdilər ki, ərazi piyadalar üçün nəzərdə tutulub və orada dayanan avtomobil sürücüləri qanunauyğun şəkildə cərimə edilirlər.


G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: