
Bu ölkədə matəm elan edildi

Uruqvayın sabiq prezident Xose Muxikanın vəfatı ilə əlaqədar ölkədə üçgünlük matəm elan olunub, vida mərasimi keçirilib.
Metbuat.az xəbər verir ki, Montevideoda təşkil olunan vida mərasimində Latın Amerikasının bir sıra ölkələrindən siyasi və ictimai xadimlər iştirak ediblər. Tədbir çərçivəsində hərbi parad da keçirilib.
Sadə yaşam tərzi ilə tanınan və “dünyanın ən kasıb prezidenti” kimi məşhurlaşan Muxika, bir vaxtlar partizan hərəkatının üzvü olub və regionun önəmli solçu liderlərindən sayılırdı.
Cənazə Uruqvay Qanunvericilik Sarayında ictimaiyyətin vida ziyarətinə açılacaq. Dəfn mərasimi 16 mayda baş tutacaq.
Oxşar xəbərlər

Argentinada matəm elan edildi
Son Xeberler

Bu ölkədə 4 günlük matəm elan edildi
Bugun.az

Bu ölkədə matəm elan olundu
Bugun.az

Ermənistanda 3 günlük matəm elan olundu
Son Xeberler

Qırğızıstanda matəm elan olunacaq
Son Xeberler

Yunanıstanda matəm elan edildi -
Son Xeberler