
Bu şəhərlərə qatarla getmək mümkün olacaq

Azərbaycan Dəmir Yolları (ADY) işğaldan azad edilmiş ərazilərdə dəmiryolu infrastrukturunun yenidən qurulması üçün bir sıra layihələr həyata keçirir. ADY QSC-nin rəsmisi Bəxtiyar Hacıyev bildirib ki, bu layihələrin ən böyüyü Horadiz (Füzuli rayonu) – Ağbənd dəmir yolu xəttinin inşasıdır. Bu xəttin tikintisi işləri hazırda davam edir. Ümumi uzunluğu 110.4 km olan bu xətt boyunca səkkiz yeni stansiyanın – Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının tikintisi planlaşdırılır.
Layihələndirmə işlərinin 85 faizi, tikinti-quraşdırma işlərinin isə 68 faizi artıq tamamlanıb. Bu yolun inşası regionda yükdaşımaların gələcəkdə daha səmərəli təşkilini təmin edəcək. Tamamlandıqdan sonra Horadiz-Ağbənd dəmir yolu xətti illik 15 milyon ton yük buraxılış qabiliyyətinə malik olacaq. Yük daşımalarının daha səmərəli olması üçün Osmanlı–İmişli xəttinin də yenidən qurulması nəzərdə tutulur.
Dəmir yolu xətti boyunca böyük həcmdə torpaq işləri və mühəndis qurğularının tikintisi davam etdirilir, xüsusən də 75-106 km aralığında işlər gedir. Ümumilikdə 600-ə yaxın süni mühəndis qurğusu, o cümlədən körpülər, keçidlər və tunellər inşa olunur. İnşa edilən körpülərdən biri ölkədə tikilmiş ən uzun dəmir yolu körpüsüdür, onun uzunluğu 771 p.metr, aşırımlarının sayı isə 20-dir. Ümumilikdə 40 körpünün inşası planlaşdırılıb. Eyni zamanda dörd ədəd tunel tikilir. Bu tunellərdən biri Azərbaycanın müstəqillik dövründə qapalı üsulla tikilmiş ilk dəmir yolu tunelidir, uzunluğu 677 metrdir. Başqa bir tunel isə 1071 metr uzunluqla ölkənin ən uzun dəmir yolu tuneli hesab edilir. Bu tikintilərdə müasir texnologiyalar və beynəlxalq standartlar tətbiq olunur.
İşğaldan azad edilmiş bölgələrdə sərnişin daşımalarının bərpası mərhələli şəkildə həyata keçirilir. Bərdə–Ağdam dəmir yolu xəttinin tikintisi artıq başa çatıb və yol istismara verilib. Bu inkişaf sayəsində, 32 ildən sonra ilk dəfə sərnişin daşımaları 30 avqustda Bakı–Ağdam–Bakı marşrutu üzrə bərpa olundu. Sərnişinlər Bakıdan Ağdama və əks istiqamətdə müasir qatarlarla səyahət edə bilirlər. Bu xətt üzərində Bərdə, Köçərli stansiyaları və Təzəkənd dayanacaqları sərnişinlərin xidmətindədir. Mayın 10-da Prezidentin iştirakı ilə Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı oldu. Bərdə–Ağdam xəttinin davamı olaraq, 28 km uzunluğunda Ağdam–Xankəndi dəmir yolu xəttinin yenidən qurulması işlərinə də start verilib. Bu layihə çərçivəsində Əsgəran, Xocalı və Xankəndi olmaqla üç stansiyanın, həmçinin 121 mühəndis qurğusunun inşası planlaşdırılır.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bakıda avtomobil qatarla toqquşdu:
Xəbər Anı

Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib
Bugun.az

Sərt karantin rejimi tətbiq olunan yerlərdə çimərl...
Son Xeberler

Bakı-Balakən qatarının qiyməti 96 manatdır? - AÇIQ...
Bugun.az

DYP: Rayon və şəhərdən kənar tibb müəssisəsinə tib...
Son Xeberler

Bu rayonlara qatarla getmək mümkündür - SİYAHI
Bugun.az


