
Bu şəxslərə məzuniyyət verilmir

İstirahət etmək hər kəsin haqqıdır, amma qanunvericiliyə görə bəzi hallarda əmək məzuniyyəti almaq hüququ məhdud ola bilər. Bəs kimlərə məzuniyyət verilmir?
Metbuat.az-ın məlumatına görə, Əmək Məcəlləsinə əsasən, işə yeni başlayanlar, yəni işə girdiyi gündən cəmi 1-2 ay keçənlər dərhal məzuniyyətə çıxa bilməzlər. Qanuna görə, əsas məzuniyyət hüququ yalnız 6 ay işlədikdən sonra yaranır. Yəni bu müddətdən əvvəl yalnız işəgötürənin razılığı ilə ödənişsiz məzuniyyət götürmək mümkündür.
Eyni zamanda istehsalat zərurəti yaranarsa, işəgötürən məzuniyyətin vaxtını dəyişmək hüququna malikdir. Əgər işçi qanuni məzuniyyətindən istifadə etməyibsə, ona əlavə pul kompensasiyası ödənilməlidir.
Qeyd edək ki, əmək müqaviləsiz çalışan şəxslərin isə ümumiyyətlə məzuniyyət hüququ olmur.
Sevinc İbrahimzadə / Metbuat.az
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bu şəxslərə əlavə məzuniyyət verilir
Bugun.az

Bu qadınlara əlavə məzuniyyət günləri veriləcək
Bugun.az

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 gün ödən...
Azəri Xəbər

Bu şəxslərə sürücülük vəsiqəsi verilmir
Bugun.az
Məzuniyyət hüququ 46 gün olan xüsusi xidmət işçilə...
Azəri Xəbər

Bayram günlərinin məzuniyyət dövrünə düşməsi ilə b...
Azəri Xəbər


