Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu şəxslərin kredit borcu silinir?

15.10.2025 15:25 19 baxış sayı 1 dəq. oxuma Metbuat
Bu şəxslərin kredit borcu silinir?

Bəzən elə hallar olur ki, kredit borcu olan şəxs hər hansı səbəbdən azadlıqdan məhrum edilir. Belə vəziyyətdə həmin şəxsin borcu silinə bilər?

Hüquqşünas Ramil Süleymanov Metbuat.az-a açıqlamasında bildirib ki, həbsə düşmək, ümumiyyətlə, istintaq altında olmaq, ezamiyyətdə və ya xarici ölkədə olmaq şəxsi kredit öhdəliklərini yerinə yetirməkdən azad etmir.

O qeyd edib ki, kredit borcunun ödənilməsi ilə bağlı məhkəmə qərarının təxirə salınması da nəzərdə tutulmur:

"Şəxs cəzaçəkmə müəssisəsində olduqda belə, müəyyən işlərə cəlb olunaraq əmək fəaliyyəti göstərə bilər və onun əməkhaqqından müvafiq tutulmalar həyata keçirilə bilər. Ona görə də şəxsin həbsə düşməsi onun kredit borclarının silinməsinə səbəb olmur".

Sevinc İbrahimzadə / Metbuat.az

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: