
Bu tarixdə maqnit qasırğası olacaq – Xəbərdarlıq

Yaxın günlərdə Günəş aktivliyinin artması gözlənilir.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz Mərkəzi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, 27 fevral – 1 mart 2025-ci il tarixləri üçün Günəş və geomaqnit aktivliyi artacaq.
Geomaqnit qasırğaları güc səviyyəsinə görə K-indeksi ilə təsnif edilir və bu indeks 2-dən 9-a qədər dəyişir. K-indeksi nə qədər yüksək olarsa, qasırğanın təsiri və onun insanlar və texnika üzərindəki nəticələri bir o qədər güclü olar.
27 fevral, cümə axşamı günü maqnitosfer normal olacaq, qasırğalar gözlənilmir. 28 fevral, cümə günü Günəş aktivliyinin artaraq K-indeksinin 4-ə (sarı səviyyə) çatacağı gözlənilir. Bu isə insan sağlamlığına təsir etməyən zəif geomaqnit qasırğası deməkdir.
Bu vəziyyət 1 marta qədər davam edəcək.
Oxşar xəbərlər

Maqnit qasırğası başladı
Bugun.az

DİQQƏT! Sabah saat 14:00-da çölə çıxmayın
AzMedia

Maqnit qasırğası gücləndi
Bugun.az

Əhaliyə XƏBƏRDARLIQ
Xəbər Anı

Milton Qasırğası: Bayden "Əsrin Fəlakəti" Xəbərdar...
Bugun.az

Əhaliyə vacib XƏBƏRDARLIQ
Xəbər Anı