
Bu universitetlərdə tədris onlayn olacaq - SİYAHI

Sabah bəzi universitetlərdə tədris ənənəvi, bəzilərində isə onlayn formada aparılacaq.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, sabahdan Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Türkiyə-Azərbaycan Universiteti, UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Avrasiya Universitetində və Azərbaycan Memarlıq və İnşaat Universitetində dərslər ənənəvi qaydada keçiriləcək.
Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Sumqayıt Dövlət Universitetlərinin mətbuat xidmətlərindən isə bildirilib ki, qarlı hava şəraiti ilə əlaqədar olaraq 25 fevralda da dərslər hibrid (həm ənənəvi, həm onlayn formatda) keçiriləcək.
Oxşar xəbərlər

Universitetlərdə qeydiyyat sentyabrın 20-də başlay...
Son Xeberler

Türkiyədə yeni dərs ili onlayn başlayacaq
Son Xeberler

Gələn həftə Bakının bəzi məktəbləri üzrə dərslər b...
Son Xeberler

Sentyabrda məktəblər açılacaq? -
Son Xeberler

Universitetlərdə Tələb Olunmayan İxtisaslar
Bugun.az

Fevraldan universitetlərdə ənənəvi təhsil başlayır...
Son Xeberler