
Burun əməliyyatından sonra komaya düşən Nəzrin vəfat etdi

Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurova komadan ayılmayıb və vəfat edib.
Metbuat.az bildirir ki, bu barədə modern.az-a mərhumun ailəsi məlumat verib.
Ailənin sözlərinə görə, əməliyyatdan sonra Nəzrinin vəziyyəti sürətlə pisləşib və beyninə çirk yayılıb.
Xatırladaq ki, yanvarın 3-də cərrah Sənan Mehdiyev tərəfindən keçirilən əməliyyatdan bir gün sonra onun vəziyyəti ağırlaşıb. Koma vəziyyətində xəstəxanaya yerləşdirilən Nəzrin Mansurovanın həyatı xilas etmək mümkün olmayıb.
Hazırda Nəzrin Mansurovanın ölümünün səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, bu, cərrah Sənan Mehdiyevin adı hallanan ilk hadisə deyil. 2015-ci ildə onun əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova da həyatını itirmişdi. Həmin vaxt həkimə qısa müddətə azadlıqdan məhrumetmə cəzası verilsə də, daha sonra ev dustaqlığı ilə cəzası dəyişdirilmişdi.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Nəzrinin dəfnindən görüntülər - FOTO
Bugun.az

Nəzrinin ölümündə təqsirləndirilən Sənan Mehdiyev...
Bugun.az

Tovuz döyüşlərində komaya düşən əsgərimizdən
Son Xeberler

480 min əhalisi olan Yaşıl Burun tarixində ilk dəf...
Son Xeberler

Azərbaycanda daha bir yüksək vəzifəli məmur korona...
Son Xeberler

Bu da Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrin -...
Son Xeberler