Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

“Çelsi” Konfrans Liqasının qalibi oldu

28.05.2025 21:25 73 baxış sayı 1 dəq. oxuma Metbuat
“Çelsi” Konfrans Liqasının qalibi oldu

İngiltərənin “Çelsi” futbol komandası UEFA Konfrans Liqasının finalında İspaniyanın “Real Betis”ini darmadağın edərək Avropanın üçüncü ən əhəmiyyətli klub turnirinin qalibi olub.

Metbuat.az xəbər verir ki, matç Polşada Vrotslav stadionunda baş tutub. “Zadəganlar”ın heyətində qolları Entso Fernandes, Nikolas Cekson, Ceydon Sançu və Moyses Kaysedo vurub. İspaniya komandasının heyətində isə Abde fərqlənib – 1:4.

Beləliklə, “Çelsi” ilk dəfə Konfrans Liqasının çempionu olub. Daha əvvəl London klubu Çempionlar Liqasını və Avropa Liqasını iki dəfə qazanmışdı.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: