Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Sabah" səfərdə "Levski"yə məğlub oldu - Konfrans Liqası

07.08.2025 20:25 18 baxış sayı 1 dəq. oxuma Metbuat
"Sabah" səfərdə "Levski"yə məğlub oldu - Konfrans Liqası

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə "Levski" (Bolqarıstan) ilə qarşılaşan "Sabah" məğlub olub.

Metbuat.az xəbər verir ki, Georgi Asparuxov adına stadionda keçirilən oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.

Yeganə qol qarşılaşmanın 90+8-ci dəqiqəsinə təsadüf edib. Borislav Rupanov adını tabloya yazdırıb.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 14-də Əlincə stadionunda baş tutacaq. Cütün qalibi pley-off mərhələsində AZ (Alkmar, Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: