
“Turan Tovuz” səfərdə “Sabah”a məğlub olub

Misli Premyer Liqasının XXII turunda “Turan Tovuz” səfərdə “Sabah”a məğlub olub.
Metbuat.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə bitib.
Meydan sahiblərindən Pavol Safranko (50-p.) və Cesse Sekidika (59) fərqlənib. “Turan Tovuz”un yeganə qolunu isə Aleks Souza (15) rəqib qapısından keçirib.
Hazırda turnir cədvəlində beşinci pillədə yer alan “Sabah” bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldib. 36 xala malik “Turan Tovuz” isə dördüncüdür.
Qeyd edək ki, XXII turun bu gün keçirilən “Şamaxı” - “Sumqayıt” matçında meydan sahibləri qələbə qazanıb - 1:0.
Oxşar xəbərlər

"Kəpəz" Komandası "Səbail"i Məğlub Etdi
Bugun.az

"Neftçi" yenə qələbəyə həsrət qaldı
Bugun.az

"Qalatasaray" səfərdə "Trabzonspor"u məğlub etdi -...
Son Xeberler

Misli Premyer Liqası: VIII Turun Son Oyunları
Son Xeberler

"Səbail" - "Sabah" oyununda qalib müəyyənləşmədi -...
Bugun.az

“Turan Tovuz” səfərdə xal itirdi
Bugun.az