
"İmişli" səfərdə "Sabah"ı məğlub etdi

Misli Premyer Liqasının III turunun son oyununda "İmişli" səfərdə "Sabah"a qalib gəlib.
Metbuat.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matçda bölgə təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Yeganə qolu 67-ci dəqiqədə Abbas Ağazadə meydan sahiblərinin qapısına vurub.
İmişli kollektivi cari mövsüm ilk qalibiyyətini əldə edərək 4 xala malik olub. "Bayquşlar" isə 3 xalda qalıb.
Qeyd edək ki, III turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" "Neftçi"ni (1:0), "Zirə" "Kəpəz"i (5:0), "Araz-Naxçıvan" "Qəbələ"ni (2:1), "Qarabağ" "Karvan-Yevlax"ı (2:0) məğlub edib. "Sumqayıt" - "Şamaxı" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Şamaxı" səfərdə "Qəbələ"ni məğlub etdi
Bugun.az

Premyer Liqa: “Sabah” səfərdə “Şamaxı”nı məğlub et...
Bugun.az

"Kəpəz" Komandası "Səbail"i Məğlub Etdi
Bugun.az

“Turan Tovuz” səfərdə “Sabah”a məğlub olub
Bugun.az

"Sabah" səfərdə "Levski"yə məğlub oldu - Konfrans...
Bugun.az

IV tura yekun vuruldu
Bugun.az