Cənubi Koreyada hərbi vəziyyət ləğv edildi
Cənubi Koreya parlamentində Prezident Yoon Suk Yeolun elan etdiyi hərbi vəziyyətin ləğv edilməsi barədə fövqəladə iclas keçirilib.
Metbuat.az xəbər verir ki, iclasda hərbi vəziyyətin ləğv edilməsi barədə səsvermə keçirilib və yekdilliklə qəbul edilib. Cənubi Koreya Milli Assambleyası sədrinin ofisinin açıqlamasına görə, ölkədə elan edilən hərbi vəziyyət səsvermədən sonra qüvvədən düşüb. Konstitusiyaya görə, parlament səs çoxluğu ilə hərbi vəziyyəti ləğv edə bilər.
Qeyd edək ki, Cənubi Koreya prezidenti Yoon Suk Yeol müxalifətin dövlət əleyhinə fəaliyyətlə məşğul olduğunu irəli sürərək, ölkədə hərbi vəziyyət elan etmişdi. Hərbi vəziyyət elan edildikdən sonra əsgərlər Milli Assambleya binasına daxil olublar. Seul səmalarında helikopterlər patrul uçuşları həyata keçirib.
Oxşar xəbərlər
Cənubi Koreyada Parlament Səlahiyyətinin Məhdudlaş...
Son Xeberler
Azərbaycanda hərbi vəziyyət bu tarixdən ləğv edili...
Son Xeberler
Cənubi Koreya Prezidenti iddiaları rədd etdi
Bugun.az
Cənubi Koreyada prezidentin impiçmenti dəstəkləndi
Bugun.az
Azərbaycanda daha bir qanun ləğv edildi
Son Xeberler
Müvəqqəti komendantlıqların vəzifəsinə dəyişiklik...
Son Xeberler