Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Cərəyan vurması nəticəsində ölən Cavidan dəfn edildi -FOTOLAR

22.11.2025 09:42 10 baxış sayı 2 dəq. oxuma Metbuat
Cərəyan vurması nəticəsində ölən Cavidan dəfn edildi -FOTOLAR

Bakının Binəqədi rayonu ərazisində baş vermiş dəhşətli qəza nəticəsində həlak olan dörd gəncdən biri, Muradlı Cavidan Tofiq oğlu doğulduğu Tərtər şəhərinin məzarlığında dəfn edilib. Cavidan Muradov (1998) ilə yanaşı, bu hadisə zamanı Emil Cəmil oğlu Quliyev (2005), Əkbər Zeynalov (2007) və Eltac Əliyev də elektrik cərəyanı vurması səbəbindən həyatlarını itirmişdilər.


25 yaşlı Tərtər sakini olan Cavidan Muradovun nəşi dəfn olunmaq üçün doğma şəhərinə gətirilib. Ailəsi gəncin cənazəsini daşıyan avtomobili xüsusi şəkildə bəzəyib. Onlar avtomobilə qırmızı lent bağlayaraq, onu "bəy maşını"na bənzədib. Bu hərəkət gənc yaşda itirilmiş həyatın ağır faciəsini göstərən kədərli bir jest idi.


Dörd gəncin birdən elektrik cərəyanı vurması nəticəsində ölümü ictimaiyyətdə böyük təəssüf hissi ilə qarşılanıb. Hadisənin təfərrüatları araşdırılır.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: