🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
11 abunə

Çikunqunya virusu Azərbaycanda yayılmayacaq - İnfeksionist

12.08.2025 16:25 8 baxış sayı 1 dəq. oxuma
Çikunqunya virusu Azərbaycanda yayılmayacaq - İnfeksionist

Dünyanın bəzi ölkələrində yeni virus olan çikunqunya xəstəliyinə yoluxma halları artmaqda davam edir.

İnfeksionist-həkim Mərdan Əliyev Metbuat.az-a açıqlamasında bildirib ki, bu virus endemik bir xəstəlikdir, xüsusi bölgələrdə yayılıb.

O qeyd edib ki, dünyanın bəzi bölgələrində, xüsusən də Cənubi Amerikada, Asiyanın bəzi yerlərində, Şərqi Asiya, Hindistan və indi isə Çində yayılmalar müşahidə olunur:

“Azərbaycanda hazırda belə bir virusun yayılması ehtimalı yoxdur. Çünki bunun üçün xüsusi ağcaqanadlar olmalıdır. Ağcaqanadlar bu virusu dişləmə yolu ilə insana ötürür və onun yayılması üçün uyğun şərait olmalıdır: sular, subtropik mühit, nəmli iqlim”.

Həkim deyib ki, iqlim dəyişmələri mövcuddur və gələcəkdə bu mümkündür.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: