
Azərbaycanda çikungunya virusunun yayılma riski var?

Xəbər verdiyimiz kimi, Çinin cənub sahilində yerləşən Quangdonq əyalətində yeni virus yayılıb.
Çikungunya virusu əsasən "Aedes aegypti" və "Aedes albopictus" növlü ağcaqanad vasitəsilə yayılır. Xəstəlik yüksək hərarət, güclü oynaq ağrıları, əzələ ağrıları, baş ağrısı, ürəkbulanma və dəri səpgiləri ilə özünü göstərir.
Bəs bu virusun Azərbaycanda yayılma riski varmı?
İnfeksionist Ləman Qalımova Metbuat.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, bu virus Azərbaycanda hələ ki, müəyyən edilməyib və olma ehtimalı çox aşağıdır:
"Çin və bəzi digər ölkələrdə yoluxma halları artıq geniş yayılıb. Azərbaycanda isə hələlik belə bir hal qeydə alınmayıb. Virusun yayılma yolları əsasən səyahət vasitəsilə baş verir, daha sonra isə ağcaqanadlar vasitəsilə insanlara keçir. Virusun qarşısını almaq üçün simptomlar ortaya çıxan kimi mütləq tibbi yardıma müraciət etmək vacibdir. Həmçinin, təmizlik qaydalarına ciddi riayət etmək lazımdır. Xüsusilə çirkli və nəmli yerlərdə, ağcaqanadların çoxalmasının qarşısını almaq məqsədilə diqqətli olmaq lazımdır. Məsələn, ev ətrafında dipçək altlıqları və digər qablar su ilə dolu qalmamalıdır ki, ağcaqanadların çoxalmasına şərait yaranmasın".
İnfeksionist qeyd edib ki, ağcaqanadların yaydığı xəstəliklərdən qorunmaq üçün bu tədbirlərə əməl etmək son dərəcə önəmlidir.
Ülkər Cəlilzadə / Mətbuat.az
Oxşar xəbərlər

5 nəfərdən artıq toplaşmaq qadağan edildi
Son Xeberler

Bakıdakı bu məktəb iki həftəlik bağlandı -
Son Xeberler

İngiltərədə Maymunçiçəyi Virusunun Yeni Variantı A...
Son Xeberler

Koronavirusun yayılma sürəti iki dəfə artdı
Son Xeberler

Metro və avtobusların fəaliyyəti dayandırılır -
Son Xeberler

TƏBİB vətəndaşlara müraciət etdi
Son Xeberler