12.07.2020 10:42
6
abunə
422
Koronavirusun yayılma sürəti iki dəfə artdı

SARS-CoV-2 koronavirusunun yayılma sürəti may göstəriciləri ilə müqayisədə iki dəfə artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Əvvəlki aylarda koronavirusa yoluxma hallarının həftəlik artımı azalmışdı, ancaq son günlər yenidən artım qeydə alınıb.

ÜST rəhbəri iyulun 10-da sutka ərzində rekord sayda yoluxma halı (228 mindən çox) oluğunu bildirib.

Qebreyesusun sözlərinə görə, xəstəliyin ən böyük ocaqları Amerika, Afrika və Asiya ölkələrindədir.

Yaz aylarında koronavirusun yayılmasının qarşısının almağın mümkün olduğu Avropada isə yeni kütləvi yayılma halları başlayıb.

ÜST rəhbəri bununla belə, epidemiyanın pik həddinin hələ qarşıda olduğunu vurğulayıb.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine