Koronavirusa üç yeni simptom əlavə edildi

27.06.2020 06:21 679 baxış sayı 1 dəq. oxuma
Koronavirusa üç yeni simptom əlavə edildi

Koronavirusun təsvirinə üç yeni simptom əlavə edilib.

Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin saytında bildirilib.

COVID-19 əlamətlərinə burun tutulması, ürəkbulanma və ishal əlavə olunub.

Əvvəllər koronavirusun simptomu kimi yüksək temperatur, öskürək və nəfəs darlığı göstərilirdi.

Daha sonra titrətmə, əzələ ağrısı, boğaz ağrısı, dad və qoxu hissinin itirilməsi də koronavirusun əsas simptomlarından sayıldı.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: