🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanlı müğənninin oğlu koronavirusa yoluxdu - FOTO

29.08.2020 17:22 553 baxış sayı 2 dəq. oxuma
Azərbaycanlı müğənninin oğlu koronavirusa yoluxdu -

Nura Surinin ABŞ-da yaşayan oğlu koronavirusa yoluxub.

Bu barədə sənətçinin özü sosial şəbəkədə məlumat verib:

"Böyük oğlum bir ay əvvəl zəng etdi ki, "bəs bizdə analizlərdə COVİD-19 çıxıb". Təşvişə düşdüm, simptomun olub-olmadığını soruşdum, cavab verdi ki, "yoxdur". Səhər baxdım ki, xanımı ilə mağazaya gediblər. Məəttəl qaldım ki, "bəs sizdə karantin yoxdur?". Dedi ki, "10 gün əvvəl analiz vermişik, cavab indi gəlib. Əgər bu vaxt ərzində simptom olmayıbsa, evdən maska ilə çıxa bilərsən. Əgər simptom varsa, evdə özün müalicə alırsan. Həkim təyinat yazmır. İki gün sonra isə təkrar analiz verdilər və cavabı neqativ çıxdı". Yəni, Amerikada bu qədər bəsit yanaşma var".

Müğənni daha sonra karantin rejiminin uzadılmasından şikayətlənib:

"İnsanlar işsizdir. Çətindir, dözmək olmur. İdman zallarını, rayonlara gediş-gəlişi açın. Kommunal xərclərə endirim edin. Məktəblər, restoranlar açılsın".

Paylaş: