Azərbaycanlı müğənni koronavirusa yoluxdu

07.12.2020 05:44 556 baxış sayı 2 dəq. oxuma
Azərbaycanlı müğənni koronavirusa yoluxdu

Müğənni Xatun Əliyeva koronavirusa yoluxub.

Bu barədə müğənni özü sosial media hesabında məlumat yayıb:

 

"Nə qədər qorunsam da, bütün deyilənlərə əməl etsəm də bu virusa mən də yoluxdum. Niyə? Çünki daşıyıcılar aramızdadır. İnsanların çoxu məsuliyyətsizdir. Çoxu daşıyıcı olaraq rahat insanların arasına çıxır, ətrafdakıları da yoluxdurur. Biz sənət adamları bəzən məcburuq hansısa tədbirlərdə, çəkilişlərdə iştirak edək. Bu vecsiz insanların ucbatından biz də yoluxuruq.

Mən indi məcburam ki, bütün işimi gücümü atım, evə qapanım. Çünki ətrafımdakıları da düşünürəm, yazıqdır axı bu insanlar! Niyə bu vəziyyətin ciddiliyinə varmırsınız" - deyə X. Əliyeva yazıb.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: