🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İngiltərədə Maymunçiçəyi Virusunun Yeni Variantı Aşkar Edilib

31.10.2024 09:47 27 baxış sayı 2 dəq. oxuma
İngiltərədə Maymunçiçəyi Virusunun Yeni Variantı Aşkar Edilib

İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyinin açıqlamasına görə, Afrika ölkələrindən biri ilə səyahət tarixçəsi olan bir insanda Maymunçiçəyi virusunun 1b variantı aşkar edilib. Bu şəxs Londondakı Royal Free Xəstəxanasının yüksək riskli yoluxucu xəstəliklər şöbəsində müalicə alır. Bildirilir ki, 2022-ci ildən bəri İngiltərədə 2b variantının aşağı yoluxucu səviyyədə mövcud olduğu qeyd edilib. Virusun yayılma riskini aşağı olduğunu vurğulayan açıqlamada UKHSA Sağlamlıq Baş Məsləhətçisi Susan Hopkins, virus aşkar olunan şəxslə yaxın əlaqədə olanların da yaxından izlənildiyini söyləyib.


Maymunçiçəyi virusu


Maymunçiçəyi virusu siçan, sincab kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən yoluxur. Virusun səbəb olduğu dəridəki döküntülərə toxunmaq, bu döküntülərin bulaşdığı geyim, çarşaf, dəsmal və s. əşyaları istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq ən mühüm yoluxma səbəbləri arasındadır. İlk əlamətlər virusa yoluxduqdan sonra 5 ilə 21 gün arasında ortaya çıxa bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş, bel və əzələ ağrısı, limfa düyünlərində şişkinlik, yorğunluq, üşütmə, titrəmə və dəridə suçiçəyinə bənzər şişlərə səbəb olur.


Xüsusi müalicə üsulu olmayan xəstəlik antivirus dərmanlarla müalicə olunur. Halların çoxunda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalma baş verir.


Paylaş: