Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Çingiz İsmayılov vəfat etdi

23.03.2025 18:25 87 baxış sayı 1 dəq. oxuma Metbuat
Çingiz İsmayılov vəfat etdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) keçmiş baş katibi Çingiz İsmayılov 89 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının icraçı katibinin müavini, jurnalist İlqar Tağıyev sosial şəbəkədə məlumat yayıb.

“Futbol veteranı Çingiz İsmayılov bu gün haqq dünyasına qovuşdu. Aprelin 12-i 90 yaşını qeyd edəcəkdi...”, – jurnalist qeyd edib.

Xatırladaq ki, daha əvvəl İsmayılovun pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.

Qeyd edək ki, Ç. İsmayılov 1935-ci ildə Bakıda doğulub. O, 1955-1962-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Bundan başqa, futbolçu Bakının və Gəncənin “Dinamo”, habelə “Neft daşları” komandalarında çıxış edib. 1994-cü ildə AFFA-nın baş katibi seçilib. 9 il ölkənin ali futbol qurumunda çalışıb. O, 2022-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: