
Çingiz Şəfiyev vəfat etdi - FOTO

Şəmkir korpusunun sabiq komandiri Çingiz Şəfiyev vəfat edib.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, 56 yaşında dünyasını dəyişib.
Onun uzunsürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Ç.Şəfiyev uzun müddət Müdafiə Nazirliyinin tərkibində hərbi hissə və birləşmələrdə komandir vəzifəsində xidmət edib. O, 2011-ci ildə N saylı hərbi hissədə baş vermiş əsgər ölümlərinə görə vəzifəsindən azad edilmiş, general-mayor rütbəsi bir pillə aşağı salınmışdı. Onu bu vəzifədə hazırda həbsdə olan general-leytenant Rövşən Əkbərov əvəzləmişdi.
Çingiz Şəfiyev son olaraq idmanın cüdo sahəsində çalışırdı. O, bu il “Judo Club 2012” idman klubunun direktoru vəzifəsinə təyin olunmuşdu.
Oxşar xəbərlər

Çingiz İsmayılov vəfat etdi
Bugun.az

ÜZÜCÜ XƏBƏR: azərbaycanlı məşhur qəflətən vəfat et...
Son Xeberler

Universitetin magistrantı vəfat etdi - FOTO
Bugun.az

Daha bir həkim koronavirusdan vəfat etdi-
Son Xeberler

Bakıda məktəb direktoru vəfat etdi - FOTO
Bugun.az

Bələdiyyə sədri qəfil vəfat etdi - FOTO
Bugun.az