Daim birlikdə olmaq istəyən rəfiqələrdən maraqlı addım - FOTO
Çində 7 rəfiqə yaşlılıqlarını birlikdə keçirmək arzunu gerçəkləşdirib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, hər şey dostcasına zarafat kimi başlayır. Belə ki, 20 ildən çox bir-birilərini tanıyan 7 rəfiqə bir axşam yaşlananda eyni evdə yaşamaq arzusunu dilə gətirirlər. Belə bir iş görmək həm cəsarət, həm də pul tələb edir. Lakin onlardan biri buna ciddi yanaşır və Çinin Quançjou şəhərinin kənarında ala biləcəkləri böyük köhnə tikili tapır. Oranı satın alan rəfiqələr 580 min dollar xərcləyərək əsl malikanə inşa edə biliblər. Təbiət qoynunda, təpələr və meşələrlə əhatələnən üç yarım mərtəbəli, 700 kvadratmetrlik bu möhtəşəm ev həm onların birgə yaşam yeri, həm də dostluqlarının simvolu oldu.
Malikanənin aşağı mərtəbəsi ortaq sahələr üçün nəzərdə tutulub, yuxarı mərtəbələrdə isə hər bir rəfiqə üçün ayrıca otaq var. Həyətlərində orqanik tərəvəzlər yetişdirir, birlikdə yemək hazırlayır və axşamlar odun sobasının ətrafında yığışaraq gülüş və söhbətlərlə dolu zaman keçirirlər.
Bundan əlavə, çayı çox sevdikləri üçün evin yaxınlığında özlərinə kiçik bir çay köşkü də inşa ediblər. İllər boyu qurulan dostluqlarını möhkəmləndirən bu unikal birlikdə yaşama təcrübəsi onlara təkcə orttaq ev deyil, həm də mənalı və sevgi dolu bir həyat bəxş edib.
Oxşar xəbərlər
Peşə Təhsil Mərkəzi pedaqoji fəaliyyətlə məşğul ol...
Edumap.az Təhsil Portalı
Mask 11 uşağı və onların anaları üçün villa aldı
melumat.tv
Ermənistan sərhəddə qeyri-adi bir addım atdı - FOT...
Bugun.az
Türkiyəli müğənnidən maraqlı addım -
Şou Xəbər
Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könül...
Son Xeberler
Maliyyə sahəsində təcrübə keçmək istəyən tələbələr...
Edumap.az Təhsil Portalı