🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

​Dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatıb - FAKTİKİ HAVA

05.01.2025 15:25 6 baxış sayı 1 dəq. oxuma
​Dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatıb - FAKTİKİ HAVA

Yanvarın 5-i saat 17:30-a olan məlumata əsasən bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib.

Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Küləyin sürəti narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 m/s, Şirvanda 16 m/s-dir.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 16, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb

Paylaş: