
Külək gücləndi, dalğanın hündürlüyü 4 metrə çatdı

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 17-si saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Şəkidə 28 m/s, Laçında 24 m/s, Oğuzda 23 m/s, Tərtərdə 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 19 m/s, Kəlbəcərdə 21 m/s, Zəngilan, Bərdədə 20 m/s, Mingəçevir, Naftalan, Daşkəsəndə 18 m/s, Ağdam, Şəmkir, Göygol, Gədəbəydə 16 m/s-dək güclənib.
Neft Daşları Stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.
Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatdı
Bugun.az

Dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatıb - FAK...
Bugun.az

143 ildir inşa edilən kilsə ən hündür adını qazand...
Bugun.az
Dünyanın ən hündür kilsə qülləsi açıqlanıb
Azəri Xəbər

Bakı və Abşeron Yarımadasında Külək Xəbərdarlığı
Bugun.az

Ən çox bu ərazilərə qar yağıb -FAKTİKİ HAVA
Bugun.az


