Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Dilarə Əliyeva qardaşının səhhətindən danışdı

20.06.2025 10:25 36 baxış sayı 1 dəq. oxuma Metbuat
Dilarə Əliyeva qardaşının səhhətindən danışdı

"Qardaşımın səhhəti yaxşıdır. Hər zamankı Vüsaldır, deyir, gülür, danışır, yemək yeyir”.

Metbuat.az xəbər verir ki, Teleqraf-a açıqlamasında bu sözləri Əməkdar artist Dilarə Əliyeva qardaşı, aktyor Vüsal Murtuzəliyevin səhhətindən danışarkən deyib.

Onun sözlərinə görə, aktyorun xəstəliyinin dinamikasını izləmək üçün reanimasiyada saxlanılır.

“Yüksək təzyiqlə bağlı kiçik qansızma olub, amma Allaha şükür, səhhəti ümumən yaxşılaşır. Aparatlarla müşahidə altında saxlanılır deyə hələlik reanimasiyada qalır”, - D.Əliyeva bildirib.

Qeyd edək ki, aktyor Vüsal Murtuzəliyev ötən gün xəstəxanaya yerləşdirilib.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: