🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

DİN vətəndaşlara müraciət etdi

14.03.2025 21:25 32 baxış sayı 2 dəq. oxuma
DİN vətəndaşlara müraciət etdi

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib.

Metbuat.az xəbər verir ki, müraciət qeyd olunub:

"Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bank kartlarının talanması hallarına rast gəlinməkdədir. Son 24 saat ərzində baş verən bu tipli hadisələrin təhlili onu deməyə əsas verir ki, əksər epizodlarda zərərçəkənlər oxşar üsul və vasitələrlə aldadılıb. Əvvəlcə mülayim və inandırıcı səslə özünü bank işçisi kimi təqdim edən şəxs tərəfindən zəng olunur. Sizi öz yalanına inandırandan sonra “bank hesabınıza müdaxilə edildiyini, pulunuzun təhlükə altında olduğunu” bildirir. Kömək etməsi üçünsə kartın üzərində olan 16 rəqəmi istəyir. CVV kodunu söyləyəndən sonra bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodunu da qarşınızdakı “bank əməkdaşına” dediyiniz anda iş-işdən keçmiş olur. Atacağınız addım çox sadədir. Kart məlumatlarınızı tanımadığınız və güvənmədiyiniz heç bir şəxslə bölüşməyin".


Paylaş: