Dövlət Xidməti Ağcabədidə vətəndaş qəbulu keçirdi - FOTO
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov noyabrın 15-də Xidmətin Ağcabədi rayon şöbəsinin inzibati binasında Ağcabədi, Bərdə, Ağdam, Tərtər, Füzuli, Laçın və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib.
Metbuat.az xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Qəbulda 7 şəhid ailəsi və 5 müharibə veteranı olmaqla 27 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.
Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.
Oxşar xəbərlər
SON DƏQİQƏ! Ağcabədidə təşkilat sədri intihar etdi...
Son Xeberler
Sərhəd Pozucuları Tutuldu - FOTO
Son Xeberler
Ermənistan sərhəddə qeyri-adi bir addım atdı - FOT...
Bugun.az
Müəllimlərin işə qəbulu üzrə qeydiyyat başa çatdı
Son Xeberler
Prezident ona yüksək vəzifə verdi - FOTO
Bugun.az
Prezident dövlət orqanları ilə bağlı fərman imzala...
Son Xeberler